Erik Abidaldan “Barselona”ya şad xəbər

Erik Abidaldan “Barselona”ya şad xəbər
XƏBƏR 8 Avqust 2012 / 00:33 2158
-  A +

Bir müddət öncə qara ciyərindən əməliyyat olunan "Barselona" klubunun futbolçusu Erik Abidalın vəziyyəti günü-gündən yaxşılığa doğru gedir.

Qol.Az-ın məlumatına görə, fransız futbolçu yenidən futbola qayıtmaq istədiyini bildirib.

Klubun rəsmi saytına danışan Abidal dekabr ayından öncə yaşıl meydanlara qayıda biləcəyini açıqlayıb:

"Artıq idman salonunda məşqlərə başlamışam. Özümü çox yaxşı hiss edirəm və yaxın zamanda futbola qayıtmağı planlaşdırıram. Təbii ki, formamı bərpa etmək üçün bir qədər zamana ehtiyacım olacaq. Bununla belə, dekabr ayından öncə yaşıl meydanlara qayıtmaq istəyirəm".

Qeyd edək ki, "Barselona" klubu "Avro-2012"dən sonra Abidalın mövqeyinə "Valensiya"dan Xordi Albanı transfer etmişdi.

Daha çox


Son xəbərlər