Elxan Məmmədov millət vəkili ilə birgə mükafat verdi (FOTOLAR)

XƏBƏR 7 Avqust 2012 / 13:16 1673
-  A +

AFFA və İrəli İctimai Birliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarını təmsil edən komandalar arasında keçirilən turnirə yekun vurulub.

Qol.Az-ın məlumatına görə, 32 komandanın mübarizə aparadığı yarışın bütün oyunları AFFA-nın Futbol akademiyasının meydançasında keçirilib. III yer uğrunda qarşılaşmada Kreativ Gənclər İB komandası 10:2 hesabı ilə Gənclik komandasını məğlub edib. Final oyununda isə ATGTİ komandası üzərində 4:1 hesabı ilə qalib gələn ASAİF komandası turnirin qalibi adını qazanıb.

AFFA-nın inzibati binasında turnirin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, Milli Məclisin deputatı Ceyhun Osmanlı və Çimərlik Futbol Federasiyasının prezidenti Fərid Novruzi çıxış edərək qalibləri təbrik edib, xoş arzularını çatdırıblar.


























Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər