London-2012: Finalçılar bəlli oldu

London-2012: Finalçılar bəlli oldu
XƏBƏR 7 Avqust 2012 / 02:21 2352
-  A +

XXX London Yay Olimpiadasında qadınlar futbolçulardan ibarət milli komandaların mübarizəsində yarımfinalın oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, hər iki oyun eyni gündə baş tutub.

Fransa yığması Yaponiya millisi ilə bacarmayıb. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan fransızlar ikinci hissədə də oyunda dönüş yarada bilməyiblər - 1:2.

Digər oyun isə daha gərgin alınıb. Kanada və Amerika yığmalarının duelində qapılara 6 qol vurulub. Lakin əsas vaxtda qalib müəyyənləşməyib - 3:3. Əlavə vaxtda bir qol vurmağı bacaran ABŞ futbolçuları finala adlayıblar.


 

6 avqust

Yarımfinal görüşləri

Fransa - Yaponiya - 1:2

Kanada - ABŞ - 3:4

 

9 avqust

Final oyunu

ABŞ - Yaponiya

Daha çox


Son xəbərlər