Zeynal Məmmədov: “Bu dəfə də liderliyi əldən versək…”

XƏBƏR 6 May 2009 / 12:43 2125
-  A +

“Mən hələ “Bakı”nı çempion elan etmək istəmirəm. Hər şeyə mayın 17-də aydınlıq gələcək. Amma “Qarabağ” qızıl medalları qazanmaq üçün bizə gözəl şans yaratdı. Bu dəfə də liderliyi əldən versək, o zaman bunun gunahı yalnız və yalnız özümüzdə olacaq”. Bu sözləri Qol.Az-ın əməkdaşı ilə söhbətində “Bakı”nın baş meneceri Zeynal Məmmədov deyib. Məmmədov avrokuboklarda uğurlu çıxış etmək üçün heyətin daha da gücləndiriləcəyini dedi: “Artıq qrup mərhələsində oynamağın vaxtıdır. “Bakı” bir yox, bir neçə mərhələ keçərək qrup mərhələsinə düşməyi qarşısına məqsəd qoyub. Bunun üçün heyətimizi mütləq gücləndirəcəyik və daha səviyyəli futbolçuları “Bakı”ya cəlb edəcəyik”.

 

Daha çox


Son xəbərlər