Mehmet Ak: “İnter”i əlimizdən buraxmamalı idik”

XƏBƏR 5 May 2009 / 15:56 2238
-  A +

“Biz meydana qələbə üçün çıxmışdıq. “Qarabağ”a 3 xal lazım idi, 1 xal yox”. Bu sözləri “İnter”lə oyundan sonra Qol.Az-ın əməkdaşına “Qarabağ”ın fiziki hazırlıq üzrə koordinatoru Mehmet Ak deyib. Ak itirilən iki xala görə çox təəssüfləndiyini bildirib: “Düzdür, məğlub olmadıq. Amma qələbə qazanmalı və “İnter”i əlimizdən buraxmamlı idik. Bununla, həm də Ağdam camaatına qələbə sevinci bəxş etmək istəyirdik. 90 dəqiqə rəqibə layiqli müqavimət göstərdik, qol epizodları əldə etdik. Təəssüf ki, bunlardan istifadə edə bilmədik. Bu üzdən çox üzgünəm. Amma ötən mövsüm olduğu kimi, “Qarabağ” bu mövsüm də çempionata rəng qatdı. Bununla həm də sübut etdik ki, biz çirkin işlərə getmirik və təmiz mübarizə aparırıq”.

Daha çox


Son xəbərlər