“Xəzər Lənkəran”ın Avroliqaya yollanmaq şansı varmı?

XƏBƏR 5 May 2009 / 12:46 2065
-  A +

Ötən bazar günü Premyer-liqanın XXIV turunda öz meydanında gözlənilmədən “Qəbələ”yə məğlub olan “Xəzər Lənkəran” rəsmən olaraq çempionluq şansını itirdi. Hazırda çempionatın sonuna iki tur qalmış komandan turnir cədvəlində liderlik edən “Bakı”dan doqquz xal geri qalır.Artıq “gümüş” ümidlərini itirən “ağ-yaşıllar” (“İnter”lə aramızdakı xal fərqi səkkizə çatıb) ən yaxşı halda mövsümü “bürünc”lə başa vura bilər. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bundan ötrü İqor Ponomaryov və komandası son iki turda müvafiq olaraq səfərdə “Qarabağ”ı və öz meydanında “Simurq”u üstələməlidir. Maraqlıdır ki, bu halda komandanın hesabında 53 xal olacaq ki, bu da “Xəzər Lənkəran”ın həm 2007/08-ci illər mövsümündə, həm cə cari mövsümün ilk dövrəsində göstərdiyi nəticəni bir xal yaxşılaşdırdığı anlamına gələcək və ən önəmlisi, Avropa Liqasına (UEFA Kuboku turnirinin yeni variantı) vəsiqə verəcək.
Yeri gəlmişkən, qeyd edək ki, qarşıdakı mövsüm qitə kuboklarında Azərbaycanı dörd komanda təmsil edəcək. Çempion ənənəvi olaraq çempionlar liqasına yollanacaq ki. Premyer-liqanın gümüş və bürünc medalçıları isə Avropa Liqasında yarışacaq.
Yeni adlı turnirin daha bir iştirakçısı isə Azərbaycan Kubokunun sahibi olacaq. Məlum olduğu kimi, ölkə kubokunun ilk yarımfinal oyunlarından sonra “İnter” və “Qarabağ” aşkar favoritdirlər. Finalda məhz bu komandalar qarşılaşsalar o zaman avrokuboklara vəsiqəni təmin etmiş “İnter”in qələbəsi halında Avropa Liqasına Premyer-liqanın 4-cüsü də vəsiqə qazana bilər. Əlbətdə əgər “İnter” son iki turda “Bakı”nı üstələyib çempion olmasa. Çünki “İnter”in çempionluğu finalın nəticəsindən asılı olmayaraq, “Qarabağ”ı “Avropa”ya qaytaracaq, premyer-liqanın 4-cüsünü isə əliboş qoyacaq.
Beləliklə, qitə kuboklarının yeni format və reqlamentinə əsasən Premeyr-liqada 4-cü yer belə sahibini vəsiqəylə müjdələyə bilər. Amma sözsüz ki, bu mübarizədə “Xəzər Lənkəran”ın ən böyük üstünlüyü taleyinin öz əlində olmasıdır. Son iki turda komanda avrokuboklara ümidini itirməmiş rəqibləriylə görüşəcək. Qazanılacaq iki qələbə “ağ-yaşıl” düşərgənin Avropa Liqasına yolunu açacaq və komandanın tarixi ərzində ilk dəfə bürünc medallara sahib çıxmasına şərait yaradacaq.

Daha çox


Son xəbərlər