Daha bir ulduz futbolçu Amerika liqasında

Daha bir ulduz futbolçu Amerika liqasında
XƏBƏR 6 İyul 2012 / 16:42 2174
-  A +

Ötən mövsümün sonlarında "Milan"la yollarını ayıran Alessandro Nesta karyerasını Amerika Liqasında davam etdirəcək.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, 36 yaşlı futbolçu Kanadanın "Montreal İmpact" klubu ilə müqavilə imzalayıb.

Lakin Nestanın "Montreal İmpact" klubu ilə hansı müddətə müqavilə imzaladığı haqda məlumat verilməyib. Kanada təmsilçisinə transferi ilə danışan italiyalı futbolçu karyerasında yeni səhifə açdığını bildirib:

"Burada olmaqdan çox məmnunam. Bəzi təkliflər var idi və karyeramı Avropada davam etdirə bilərdim. Ancaq mən yeni macəra axtarırdım ki, bunu da Kanadada tapdım. Artıq Amerika Liqasında oynamaqla karyeramda yeni açacağam".

Qeyd edək ki, Nestanın həmyerliləri - Marko Di Vayo, Matteo Ferrari və Bernardo Korradi kimi italyan futbolçular da "Montreal İmpact" klubunun formasını geyinirlər.

Daha çox


Son xəbərlər