Pele: "İspaniya millisi Braziliya ilə müqayisə edilə bilməz"

Pele: "İspaniya millisi Braziliya ilə müqayisə edilə bilməz"
XƏBƏR 5 İyul 2012 / 13:25 1932
-  A +

Braziliya futbolunun canlı əfsanəsi Pele yenidən maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, "Reuters"ə danışan Pele İspaniya millisinin 1970-ci illərin Braziliya yığmasından yaxşı olmadığını bildirib:

"Əgər hazırda futbol oynasaydım, Braziliya millisi dünya çempionu olardı. Buna heç şübhəm yoxdur. Təbii ki, İspaniya millisi hazırda dünyanın ən yaxşı komandalarındandır. Ancaq onlar 1970-ci illərin Braziliya yığmasından yaxşı oynamırlar. Müqayisələr hər zaman olur. Bununla belə, Braziliya millisini sadəcə 2-3 yaxşı futbolçuya sahib İspaniya ilə müqayisə etmək düzgün deyil. Məncə, 1970-ci illərin Braziliya millisi daha möhtəşəm oyun sərgiləyirdi".

Qeyd edək ki, 1970-ci illərdə Braziliya millisində Pele ilə yanaşı, Karlos Alberto Torres, Klodoaldo, Jairzinyo, Gerson, Tostao ve Rivelino kimi futbolçular çıxış edirdi.

Daha çox


Son xəbərlər