İspaniya millisinin futbolçusu "Barselona"da

İspaniya millisinin futbolçusu "Barselona"da
XƏBƏR 29 İyun 2012 / 00:38 2139
-  A +

İspaniyanın “Barselona” klubu “Valensiya”nın futbolçusu Xordi Albanı transfer edib.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, artıq iki klub arasında razılıq əldə olunub.

“Barsa” “yarasalar”a 14 milyon avro ödəyəcək. Albanın müqaviləsi isə 5 ilə nəzərdə tutulub. 23 yaşlı sol cinah müdafiəçisi hazırda İspaniya millisinin heyətində 2012-ci il Avropa çempionatında iştirak edir. O, artıq turnirin “kəşf”lərindən birinə çevrilib. ¼ finalda Fransa ilə oyun zamanı məhz bu futbolçunun ötürməsindən sonra Xabi Alonso hesabı açıb.

Qeyd edək ki, “Barselona”da sol cinah müdafiəçisi mövqeyi problemlidir. Erik Abidal bu yaxınlarda qara ciyərindən əməliyyat olunub. Adriano isə Xordi Albanın gəlişindən sonra çox güman ki, əsas heyətə müntəzəm düşə bilməyəcək.

Daha çox


Son xəbərlər