"Ukrayna və Türkiyədən təkliflər var idi, ancaq mən "Qəbələ"ni seçdim"

"Ukrayna və Türkiyədən təkliflər var idi, ancaq mən "Qəbələ"ni seçdim"
XƏBƏR 28 İyun 2012 / 13:24 2445
-  A +

“Qəbələ”nin 2012-2013 mövsümü öncəsi ilk əcnəbi transferi Deyan Kelharın klubun rəsmi saytına müsahibəsi

- Ölkə xaricində oynamaq üzrə böyük təcrübəniz var. Qəbələ və Azərbaycan haqda öncədən nə bilirdiniz, sonradan nələri öyrəndiniz?

- Ölkəniz haqda elə də məlumatlı deyildim. İlk dəfə Azərbaycan adını Sloveniyadan bir neçə futbolçu Azərbaycan liqasında oynamağa başlayarkən eşitmişdim. Keçən həftə də bəzi əlavə məlumatları internetdən oxumuşam. Azərbaycan, o cümlədən Qəbələ yaşamaq və karyeramı davam etdirmək üçün əlverişli yerdir.

- Azərbaycanın klubları və ölkədəki infrastruktur barədə nə dərəcədə məlumatlısınız?

- Bir neçə il əvvəl Sloveniyadan Azərbaycana gedən transferlərdən eşitmişdim klublarınız haqda. Amma “Qəbələ”dən təklif gələndən sonra bu klub və şəhər barədə tanışlardan daha çox məlumat topladım. Hamısı müsbət cavablar idi.

- Yəqin ki, fərqli klublardan təklif almısınız. Niyə məhz “Qəbələ”ni seçdiniz?

- Doğrusu, Ukrayna və Türkiyədən də təkliflər almışdım və onlarla uzun müddətdir ki əlaqələrim var. Lakin “Qəbələ”nin təklifini qəbul etdim. Çünki klubun gələcək üçün böyük məqsədləri var. Həmçinin yüksək səviyyəli infrastruktur məni buraya cəlb edən amillərdən biridir. Buna görə məhz “Qəbələ”yə gəldim.

- “Qəbələ”nin qarşıdakı mövsümdəki hədəflərindən xəbəriniz varmı?

- Əlbəttə, klubun qarşıya qoyduğu məqsədlərlə tanış olmuşam. Təbii ki, bu asan olmayacaq, amma birlikdə böyük həvəslə çalışıb hədəflərə çatmaq üçün nələrsə edə bilərik.

- Sizcə, yeni komandanın hədəflərinə çatmasında kollektivə yardımçı ola biləcəksiniz?

- Özüm haqda danışmağı xoşlamıram. Məni kluba dəvət edən şəxslər necə kömək edə biləcəyimi bilirlər. Həm futbolda, həm də digər fəaliyyət sahəsində hər kəs tutduğu vəzifəsində nəsə bacarır. Bir oyunçu kimi mən də nəsə bacarıram və “Qəbələ” üçün əlimdən gələni edəcəyəm. Futbolda oyunçu təklikdə o qədər də önəmli deyil. Amma komanda vahid şəkildə böyük qüvvədir. Ümid edirəm ki, birlikdə böyük qüvvə olacağıq.

Daha çox


Son xəbərlər