Del Boske: "Onları deyil, öz oyunumuzu düşünməliyik"

Del Boske: "Onları deyil, öz oyunumuzu düşünməliyik"
XƏBƏR 28 İyun 2012 / 03:32 1869
-  A +

"Qələbə qazandığımız üçün çox şadıq. 90 dəqiqə rəqiblə baş-baş mübarizə apardıq. Ancaq əlavə vaxtda biz daha yaxşı oynadıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri İspaniya millisinin baş məşqçisi Visente Del Boske Portuqaliya ilə oyundan sonra (4:2) keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib: "Daha bir gərgin oyunu geridə qoyduq. Belə istedadlı futbolçulara sahib olduğum üçün çox şadam. Futbolçularım ağır mövsüm keçirmələrinə baxmayaraq, bu oyunda əllərindən gələni etdilər. Bəlkə də yaxşı oynamadığımızı söyləyə bilərsiniz, amma müdafiədə əla çıxış etdik.

Penalti zərbələrə gəldikdə isə Fabreqas əslində ikinci zərbəni yerinə yetirməli idi. Lakin futbolçu beşinci vurmaq istədi. S.Ramosun zərbəsi bizi bir qədər qorxutdu. Ancaq qapıçının aldandığını gördükdən sonra rahatladıq. Artıq dincəlməliyik. Finalda hansı komanda ilə qarşılaşmağımızın isə bizim üçün heç bir fərqi yoxdu. Onları deyil, öz oyunumuzu düşünməliyik".

Daha çox


Son xəbərlər