Polşa millisi Berti Foqtsdan imtina etdi

Polşa millisi Berti Foqtsdan imtina etdi
XƏBƏR 27 İyun 2012 / 14:45 1793
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun Polşa yığmasını çalışdırmayacağı dəqiqləşib.

Qol.Az-ın məlumatına görə, bu barədə Polşa Futbol Federasiyasının (PFF) prezidenti Qjeqoj Lyato açıqlama verib.

Onun sözlərinə görə, Polşa millisi yenidən yerli mütəxəssisə həvalə olunacaq: "Biz milli komandanın baş məşqçi postu üçün xarici mütəxəssisə ehtiyac duymadıq. Belə qənaətə gəldik ki, millini yenə də yerli mütəxəssis çalışdırmalıdır. Yəni, Berti Foqts bizə lazım olmadı".

Qeyd edək ki, Polşa millisinin baş məşqçi postuna "Rux" klubunun çalışdırıcısı Valdemar Fornalikin gətiriləcəyi bildirilir.

Daha çox


Son xəbərlər