"Neftçi"nin rəqibindən əzmkar oyun (VİDEO)

VİDEO 27 İyun 2012 / 13:49 2969
-  A +

Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Gürcüstanın "Zestafoni" klubu ötən mövsüm uğurlu çıxışı ilə yadda qalıb. Qol.Az-ın məlumatına görə, ÇL-in III təsnifat mərhələsində "Şturm"a (1:1, 0:1) məğlub olan "Zestafoni" mübarizəni Avropa Liqasında davam etdirməli olmuşdu. Avroliqanın "play-off" mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Brügge" ilə qarşılaşan Gürcüstan təmsilçisi oyundan 3:3-lük bərabərliklə ayrılmıışdı. Fasiləyə 0:2 hesabı ilə məğlub yollanan "Zestafoni" ikinci hissədə 3 qolla vurmaqla məğlubiyyətdən qaça bilmişdi. Həmin oyunda vurulan qolları təqdim edirik:




Son xəbərlər