Xorvatiya millisinin hücumçusu "Bavariya"nın hədəfində

Xorvatiya millisinin hücumçusu "Bavariya"nın hədəfində
XƏBƏR 26 İyun 2012 / 16:07 1941
-  A +

Xorvatiya milli komandasının hücumçusu Mario Mandzukiç "Bavariya" klubunun maraq dairəsinə düşüb.

Qol.Az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, Münhen təmsilçisi "Volsfburq"un hücumçusunu transfer etməkdə olduqca israrlıdır.

Mandzukiçlə 3 illik müqavilə imzalamağı planlaşdıran "Bavariya" rəhbərliyi futbolçunun transferi üçün 15 milyon avrosundan keçməyə hazırdı. "Volfsburq" klubunun da bu təklifi müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, 2010-cu ildən "Volfsburq"da çıxış edən 26 yaşlı futbolçusu keçirdiyi 56 oyunda 20 qola imza atıb.  

Daha çox


Son xəbərlər