Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Qran-Pri beynəlxalq turnirin keçiriləcəyi haqda xəbər vermişdik.
Qol.Az-ın məlumatına görə, turnirdə hər iki növ üzrə yığma komandamızın ümumilikdə 6 üzvü iştirak edəcək.
Azərbaycan Güləş Federasiyasının baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərov Almaniya Qran-Prisinin baş hakimi kimi yarışlara nəzarət edəcək. Əjdər Cəfərov turnirin idmançıların öz hazırlıqlarını yoxlamaq baxımından əhəmiyyətli olduğunu bildirib.
“Olimpiya Oyunları öncəsi güləşçilərin öz qüvvələrini sınayacağı son turnirlərdən biri olan Almaniya Qran-Prisi bütün ölkələr üçün əhəmiyyətlidir. Güləşçilər həm rəqiblərin son hazırlığını izləyəcək, həm də öz hazırlıqlarını təhlil etmək imkanı əldə edəcəklər. Bu baxımdan turnirin əhəmiyyəti böyükdür. Məşqçilər də öz növbəsində digər ölkə təmsilçilərinin son vəziyyətini müşahidə edərək, Olimpiadaya qalan son bir ay ərzində yığma üzvlərinin daha yaxşı hazırlaşmaları üçün imkan əldə edəcəklər”.
Xatırladaq ki, Almaniya Qran-Prisində yunan-Roma güləşi yarışlarında Rövşən Bayramov (55 kq) və Həsən Əliyev (60 kq), sərbəst güləş yarışlarında isə Hacı Əliyev (60 kq), Əşrəf Əliyev (74 kq), Aleksandr Qostiyev (74 kq) və Məhəmmədhacı Xatiyev (84 kq) öz qüvvələrini sınayacaq.
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"