"Nomme Kalyu" - "Xəzər Lənkəran" matçının vaxtı dəyişdirildi

"Nomme Kalyu" - "Xəzər Lənkəran" matçının vaxtı dəyişdirildi
XƏBƏR 26 İyun 2012 / 12:44 2808
-  A +

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Estoniyanın "Nomme Kalyu" klubu ilə qarşılaşacaq "Xəzər Lənkəran"ın cavab matçının vaxtı dəyişdirilib.

Qol.Az-ın məlumatına görə, Lənkəran təmsilçisi cavab matçını əvvəlcədən nəzərdə tutulduğu kimi iyulun 12-də deyil, ayın 10-da keçirəcək.

Buna səbəb isə həmin gün Estoniyada 19 yaşlı futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunun keçirilməsidir.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 5-də Lənkəranda, cavab matçı isə ayın 10-da Estoniyada keçiriləcək. 

Daha çox


Son xəbərlər