Velosiped idmanı üzrə Azərbaycan çempionatına yekun vurulub

XƏBƏR 25 İyun 2012 / 16:50 1143
-  A +

İyun ayının 24-də velosiped idmanının şose növü üzrə Azərbaycan çempionatına yekun vurulub. Yarışlar iki mərhələdə-fərdi və qrup şəkilində keçirilib.

Qol.Az-ın məlumatına görə, şose veloosiped idman növü üzrə Azərbaycan çempionatında elit/U23 və gənclər/U17 kateqoriyaları və 8 saylı İxtisaslaşdırılmış İdman Məktəbinin yetirmələri çempionluq uğrunda yarışıblar.
 
Çempionatın son günü qrup yarışında  elit/U23 kateqoriyalı velosipedçilər Qəbələdən Şəki istiqaməti üzrə hərəkət edərək Şəki şəhərində səkkiz dövrə vurmaqla 120 km-lik məsafəni qət ediblər.

Şose velosiped idman növü üzrə 120 km-lik qrup yarışında Almaniyanın “Kontinental” komandasında çıxış edən azərbaycanlı idmançılardan

Aleksandr Surutkoviç  finişə hamıdan əvvəl çataraq ölkə çempionu adını qazanıb. Növbəti yerləri də elə həmin komandanın üzvləri tutublar. Elçin Əsədov ikinci, Tural İsgəndərov isə üçüncü yerin sahibi olub.
17 yaş qrupu üzrə idmançılar  isə 90 km-lik məsafəni qət ediblər.

Gənclər/U17 kateqoriyası üzrə qrup yarışlarının qalibləri 8 saylı İxtisaslaşdırılmış İdman Məktəbinin yetirmələri olublar.
Elgün Əlizadə finişə birinci, Nicat Niftəliyev ikinci, Ruslan Həsənov isə üçüncü çatıb.

15 yaş qrupu üzrə idmançılar isə 30 km-lik məsafədə qət ediblər
Kiçik yaş qrupları üzrə qrup yarışların qalibi Maksim Naperstkov olub. O bütün rəqiblərini üstələyərək Azerbaycan çempionu adını qazanıb. Bu yaş qrupunda Zahid Əliyev ikinci, Rövşən İsmayılov üçüncü yerin sahibi olub.

Daha çox


Son xəbərlər