"Qalatasaray" Konoplyankanı istəyir

"Qalatasaray" Konoplyankanı istəyir
XƏBƏR 25 İyun 2012 / 11:39 2106
-  A +

Türkiyənin “Qalatasaray” klubu növbəti transferini gerçəkləşdirmək niyyətindədir.

Qol.Az-ın sporx.com-a istinadən verdiyi məlumata görə, “sarı-qırmızılılar”  Ukrayna milli komandasının futbolçusu Yevgeni Konoplyankanı heyətinə qatmaq istəyir.

İstanbul təmsilçisinin rəhbərliyi yarımmüdafiəçi ilə danışıqlara başlamağa qərar verib. Onlar vətənində “Dnepr”in şərəfini qoruyan futbolçu üçün 5 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Yevgeninin dnepropetrovsklilərlə müqaviləsi 2013-cü ilin dekabrında başa çatır.

Daha çox


Son xəbərlər