Bakı "İnter"indən Türkiyə klubuna 16 qol

Bakı "İnter"indən Türkiyə klubuna 16 qol
XƏBƏR 12 İyun 2012 / 01:04 2007
-  A +

Türkiyənin İzmit şəhərinin yaxınlığındaki Kartepe qəsəbəsində təlim-məşq toplanışını davam etdirən Bakının "İnter" klubu ötən gün yoxlama oyunu keçirib.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Maşukiyəspor" klubuyla qarşılaşan komanda rəqibin qapısından 16 qol keçirib, türk futbolçular isə cəmi 1 dəfə fərqləniblər - 16:1.

"İnter"in heyətində Georgi Adamiya, Baçana Sxadadze, Samir Zərgərov və Tales Şütz 3 dəfə fərləniblər, iki dəqiq zərbənin müəllifi Ramil Həşimzadə olub, Asif Məmmədovla Ramil Mansurov isə hərəyə bir qol vurublar.
 
Qeyd edək ki, keçirilən bu oyunla təlim-məşq toplanışına yekun vurulub.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi