“Turan”ın baş məşqçisi: “Premyer-liqadakı yerimizi qorumağı bacardıq”

XƏBƏR 26 Aprel 2009 / 19:05 2158
-  A +

“Uşaqlar yaxşı oynadılar. Onlar demək olar ki, verdiyim bütün tapşırıqları yerinə yetirdilər”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Olimpik”lə oyunsonrası mətbuat konfransında “Turan”ın baş məşqçisi Rasim Əliyev deyib. O bildirib ki, “Turan” artıq premyer-liqadakı yerini qorudu: “Lazım olan 3 xalı qazandığımıza görə sevinirəm. Bu qələbədən sonra əminliklə demək olar ki, “Turan” premyer-liqadakı yerini qorumağı bacardı. Komandamın hazırkı durumundan çox razıyam. Çox istərdim ki, bu futbolçular növbəti mövsümdə də sərəncamımda olsunlar”. 

Daha çox


Son xəbərlər