2005-ci ilin yayında əsası qoyulan “Simurq” peşakar futbol klubu bu mövsüm 6-cı dəfə Unibank Premyer Liqada mübarizə aparıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, mövsümə iddialı başlayan Zaqatala təmsilçisinin qarşısına yeni təyin olunmuş klub rəhbərliyi turnir cədvəlində ilk “altılığ”a düşmək tapşırığını qoymuşdu.
Komandanın başına isə Sergey Yuran kimi təcrübəli mütəxəssis gətirilsə də, hər şey gözlənilən kimi davam etmədi. İkinci dövrədə uğursuz oyunlar seriyasından sonra rusiyalı mütəxəssiz istefaya göndərildi və onun yerinə Georgi Çixradze dəvət olundu. Gürcü məşqçi komandanın təhlükəli zonadan uzaqlaşmasında böyük pay sahibi oldu və “Simurq” 2011-2012-ci il mövsümünü 9-cu pillədə başa vurdu.
Sergey Yuran – İqor Qetman – Georgi Çixradze
Sergey Yuran “Simurq”un tarixində Anatoli Piskovets, Viktor Pişev, Roman Pokora və Çokiça Hadziyevskidən sonra komandaya təyin olunmuş 5-ci baş məşqçi idi. O həmçinin Unibank Premyer Liqada çalışan ilk rus mütəxəssis kimi də tarixə düşüb.
Sergey Yuranın başçılığı altında “Simurq” 22 Unibank Premyer Liqa oyununda və 1 kubok matçında meydana çıxıb. Azərbaycan kubokuna 1/8 final mərhələsində qoşulan komanda “Neftçi”yə 1:0 hesabı ilə məğlub olaraq yarışdan kənar qalıb. 22 Premyer Liqa matçının 5-də qələbə qazanan “Simurq”, 4-də heç-heçə, 11-də isə meydandan məğlubiyyətlə ayrılıb. Bu oyunlarda 18 qol vuran sarı-qaralar, 31 dəfə isə topu qapısından çıxarmalı olub.
“AZAL” 5:1 “Simurq”, “Simurq” 0:2 “İnter”, “Simurq” 0:1 “Qəbələ”, “Simurq” 0:2 “Bakı”, “Kəpəz” 2:0 “Simurq” – ardıcıl olaraq 5 məğlubiyyətdən sonra Sergey Yuran istefaya göndərilib və Zaqatala təmsilçisi müvəqqəti olaraq köməkçi məşqçi İqor Qetmana tapşırılıb. Onun rəhbərliyi ilə komanda 2 oyunda meydana çıxıb. Səfərdə “Qarabağ”a məğlub edə bilməyən “Simurq” ikinci “altılıq”da mübarizəyə başlayır və evdə final mərhələsinin birinci qarşılaşmasında “Kəpəz”lə 1:1 hesablı heç-heçə edərək 2012-ci ildə ilk xalını qazanıb və ilk qolunu vurub.
Təhlükəli zonaya yaxınlaşan “Simurq”a yeni baş məşqçi – Georgi Çixradze təyin olunur. Buna qədər Bakının “İnter” klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərən gürcü mütəxəssisin rəhbərliyi altında komanda 9 oyunda rəqibləri ilə mübarizə aparır və bu qarşılaşmaların yalnız birində “Simurq” XXVI turda AZAL-a məğlub olub. Qalan 8 oyunda "sarı-qaralar" 3 qələbə və 5 heç-heçə sayəsində hesabına 14 xal əlavə edərək 9-cu yerdə çempionatı başa vurub. Çixradzenin rəhbərliyi altında “Simurq” 8 qol vurub, 6 dəfə isə qapısından top buraxıb.
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı