Obama və Kameron sevindi, Merkel üzüldü (FOTO)

Obama və Kameron sevindi, Merkel üzüldü (FOTO)
XƏBƏR 21 May 2012 / 00:46 1935
-  A +

Çempionlar Liqasının final oyunu çərçivəsində keçirilən "Bavariya" - "Çelsi" matçını izləyənlər arasında İngiltərənin baş naziri Devid Kameron, Almaniya kansleri Angela Merkel və Amerika prezidenti Barak Obama da var idi.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, hər üç dövlət rəsmisi Münhendə keçirilən final matçını böyük həyəcanla izləyib.

Matçın 83-cü dəqiqəsində "Bavariya"nın vurduğu qoldan sonra böyük sevinc yaşayan Merkel Obama ilə zarafatlaşmağı da unutmayıb. Lakin "Çelsi"nin bərabərlik qolundan sonra Merkel şok yaşayarkən, Obama Kameronu ilk təbrik edən şəxs olub. Matçın ardından yerinə yetirilən penalti zərbələrində daha dəqiq oynayan "Çelsi"nin zəfərindən sonra isə "Bavariya"nın məğlubiyyətinə üzülən Merkeli Obama və Kameron təsəlli edib.

Qeyd edək ki, əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyundan sonra təyin olunan penalti zərbələrini daha dəqiq yerinə yetirən "Çelsi" (4:3) tarixində ilk dəfə ÇL-in qalib olub. 

Daha çox


Son xəbərlər