PFL rəsmisi finaldakı qalmaqala münasibət bildirdi: “Polis jurnalistlə azarkeşi fərqləndirsə, yaxşı olar”

PFL rəsmisi  finaldakı qalmaqala münasibət bildirdi: “Polis jurnalistlə azarkeşi fərqləndirsə, yaxşı olar”
XƏBƏR 18 May 2012 / 19:10 2116
-  A +

“PFL olaraq, futbol matçları zamanı asayişi qoruyan polislərə hər hansı bir təlimat vermək səlahiyyətimiz yoxdur. Sadəcə, onlara deyirik ki, təhlükəsizliyin qorunması üçün lazım olan tədbirləri görsünlər”.
 
Bu sözləri Qol.Az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev deyib. PFL rəsmisi dünən Mərdəkandakı “Dalğa Arena”da keçirilən ölkə kubokunun “Neftçi”-“Bakı” finalında polislərlə jurnalistlər arasında yaranan qarşıdurmaya münasibət bildirib: “Öncə onu deyim ki, PFL jurnalistlər üçün bütün lazımı şəraiti yaratmışdı. Yəni, onlar üçün su, yemək təşkil edilmişdi. O ki qaldı, polislərlə jurnalistlər arasındakı qarşıdurmaya, ola bilər anlaşılmazlıq olub. Hər halda, polis jurnalistlə azarkeşi fərqləndirsə yaxşı olar. Jurnalist meydançaya butulka atan deyil ki”.

Qeyd edək ki, dünənki qarşılaşmada bir qrup polis jurnalistlərin özləri ilə içəri su keçirməsinə icazə verməmişdi ki, bunun da nəticəsində asayiş keşikçiləri ilə media təmsilçiləri arasında qarşıdurma yaranmışdı. Hətta PFL-in vəsiqələri də işə yaramamışdı.

 

Daha çox


Son xəbərlər