PFL jurnalistləri Quzanlıya aparacaq

XƏBƏR 25 Aprel 2009 / 13:30 2071
-  A +

Peşəkar Futbol Liqası Premyer-liqanın XXIV turu çərçivəsində Ağdamın Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək "Qarabağ" - "İnter" oyununu işıqlandırmaq istəyən kütləvi informasiya vasitələri nümayəndələrinə bu şəraiti yaradacaq. PFL-in rəsmi internet saytının yaydığı əlumata görə, mətbuat işçiləri üçün Bakı-Quzanlı-Bakı marşrutu ilə xüsusi yumşaq avtobuslar təşkil olunacaq. Avtobuslar Quzanlıya mayın 3-ü səhər saat 7.30-da yola düşəcək.  

Daha çox


Son xəbərlər