Xorvatiya millisinin yeni baş məşqçisi müəyyənləşdi

XƏBƏR 17 May 2012 / 19:12 1660
-  A +

Avro-2012-nin iştirakçılarından olan Xorvatiya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Qol.Az-ın Xorvatiya Futbol Federasiyasının (XFF) rəsmi saytına istinadən məlumatına görə, Xorvatiya millisinə İqor Ştimats başçılıq edəcək.

44 yaşlı mütəxəssis 2012-ci il Avropa çempionatından sonra yığmanın sükanı arxasına keçəcək. O, Rusiya “Lokomotiv”inə baş məşqçi təyin olunan Slaven Biliçi əvəzləyəcək.

Qeyd edək ki, Xorvatiya millisinin yeni baş məşqçisinin çalışdığı sonuncu klub “Zaqreb” olub.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi