Kubokun final oyununa hakim təyinatı rəsmən açıqlandı

Kubokun final oyununa hakim təyinatı rəsmən açıqlandı
XƏBƏR 17 May 2012 / 18:03 1896
-  A +

Bu gün "Neftçi" və "Bakı" arasında keçiriləcək Azərbaycan kubokunun final oyununa rəsmi təyinat açıqlanıb.

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun Qol.Az-a verdiyi məlumata görə, oyunun hakimliyi bu ilin oktyabrında 25 yaşı tamam olacaq Əliyar Ağayevə tapşırılıb. Laysman funksiyasını Mehman Mahmudov və Elman Musayev icra edəcək.

Ehtiyat hakim isə FİFA referisi Fariz Yusifovdur.

Daha çox


Son xəbərlər