1832 günlük həsrətə son və ya ənənəyə davam

1832 günlük həsrətə son və ya ənənəyə davam
XƏBƏR 16 May 2012 / 15:06 1805
-  A +

Unibank Premyer Liqanın XXXII turunda “Qarabağ”ı 4:1 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” 2011/12 mövsümünün final mərhələsində ilk böyükhesablı qələbəsini qazanıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda öz ənənəsinə sadiq qalıb.

Belə ki, ardıcıl 3-cü dəfə “altılıq” prinsipi ilə keçirilən çempionatların hər final mərhələsində bir belə qələbə əldə olunub.
 
2009/10 mövsümünün XXIII turunda “Qəbələ”, 2010/11 mövsümünün XXVIII turunda isə AZAL böyükhesablı məğlubiyyətə məruz qalmışdı – müvafiq olaraq 4:1 və 3:0. Hər mövsümün final mərhələsində 1 belə uğuru olan “Xəzər Lənkəran” ümumilikdə son böyükhesablı qələbəsini 69 gün əvvəl qazanıb. Martın 3-də baş tutan təsnifat mərhələsinin son oyununda “Sumqayıt” 3:0 hesabı ilə məğlub edilmişdi.
 
Bu, komanda tarixində 48-ci, daxili yarışlarda isə 47-ci belə qələbədir. Bu qələbələrin 6-sı cari mövsümə təsadüf edir – 5-i Unibank Premyer Liqa, 1-i kubok.
 
Ümumilikdə isə “Xəzər Lənkəran”ın tarixində ölkə çempionatında 36, kubokunda 11 belə qələbə var. Unibank Premyer Liqada çıxış etdiyi 8 mövsüm ərzində “Xəzər Lənkəran” hər çempionatda ən azı 1 dəfə buna nail olub.

2004/05 – 8
2005/06 – 1
2006/07 – 6
2007/08 – 5
2008/09 – 5
2009/10 - 4
2010/11 – 2
2011/12 - 5
Cəmi - 36
 

Azərbaycan kubokunda isə 2004/05, 2009/10 və 2010/11 mövsümlərində darmadağın sevinci yaşanmayıb.

2005/06 – 2
2006/07 – 3
2007/08 – 3
2008/09 – 2
2011/12 – 1
Cəmi – 11
 
Komandanın daha bir darmadağını 2008-ci ildə keçirilən “Birlik kuboku”nda qeydə alınıb. Həmin vaxt Litva çempionu “Kaunas” darmadağın edilib – 3:0.
 
İndiyədək 26 rəqibini böyük hesabla məğlub edən “Xəzər Lənkəran” tarixində 3-cü dəfə “Qarabağ”ı 3 top fərqi ilə yenib. Maraqlıdır ki, digər 2 oyun da indiki kimi may ayına təsadüf edib. 2005-ci il ayın 15-də 3:0, 2 il sonra mayın 7-də isə 4:1 hesabları qeydə alınıb. Bu isə o deməkdir ki, “Qarabağ” 1832 gündən sonra “Xəzər Lənkəran”a böyük hesabla uduzdu. Ağdam təmsilçisi "Xəzər Lənkəran"ın ən azı 3 dəfə belə yendiyi 7-ci komanda olub.

“Gənclərbirliyi” – 6
“Bakı”, “Bakılı”, MOİK, “Muğan”, “Qəbələ” , “Qarabağ” - 3
AZAL, “Masallı”, “Şahdağ”, “Şərur”, “Turan” - 2
ABN, “Ədliyyə”, “Göyəzən”, “Karat”, “İnter-2”, “Karvan”, “Kəpəz”, “MKT-Araz”, “Qaradağ-Lökbatan”, “Şəmkir”, “Simurq”, “Standard”, “Sumqayıt”, “Kaunas” (Litva) – 1
 
“Xəzər Lənkəran”ın baş məşqçisi postunda ilk dəfə böyük hesablı qələbənin sevincini yaşayan Yunis Hüseynov komanda ilə buna nail olan 8-ci mütəxəssis olub.

1. Ağasəlim Mircavadov - 22 (çempionatda 16 + kubokda 5 + “Birlik kuboku”nda 1)
2. Rasim Kara – 12 (10+2)
3. Mirça Rednik – 4 (3+1)
4-5.İqor Ponomaryov – 3 (3+0)
   Cüneyt Biçer – 3 (3+0)
6. Nazim Süleymanov – 2 (0+2)
7-8. Viktor Pasulko və Yunis Hüseynov – hər ikisi 1 (1+0)

Daha çox


Son xəbərlər