Futbol üzrə 2020-ci il Avropa çempionatının ev sahibliyinə namizədlikdən imtina edən Azərbaycan iddiaçı ölkələrdən Türkiyəni dəstəkləyəcək.
“TRT”nin rəsmi saytının verdiyi məlumata görə, AFFA Türkiyəyə açıq dəstək verdiyini açıqlayıb.
Əslində, Azərbaycan nüfuzlu yarışa Gürcüstanla birgə namizədliyini irəli sürmək niyyətində olub. Lakin sonradan ölkəmiz bütün diqqətini Bakının 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizəsinə yönəltməyi məqsədəuyğun sayıb. Bu halda Gürcüstan futbol yarışına namizədliyini təkbaşına irəli sürüb. Eyni zamanda, İrlandiya, Şotlandiya və Uels də birgə iddia ərizəsi ilə UEFA-ya müraciət edib. Beləliklə, namizədliyini hələ ötən ay açıqlamış Türkiyəyə rəqiblər ortaya çıxıb.
Azərbaycan isə bu mübarizədə Türkiyəyə dəstək verməyi məqsədəuyğun sayıb. Amma çempionat qardaş ölkədə keçirilsə, 2020-ci il olimpiadası İstanbulda təşkil oluna bilməz. Hər halda UEFA prezidenti Mişel Platini belə açıqlama verib. Bu halda İstanbul şəhərinin olimpiadaya namizədliyini Bakının xeyrinə geri götürəcəyi gözlənilir.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu isə Lent.az-a açıqlamasında Türkiyəyə dəstək vermələrindən məlumatsız olduğunu bildirib.
Qeyd edək ki, hələlik UEFA Avro-2020-yə namizədlərin yekun siyahısını açıqlamayıb. 2020-ci il Yay Olimpiya Oyunları uğrunda mübarizədə növbəti mərhələyə keçəcək şəhərlərin adları mayın 23-də, qalib isə 2013-cü il sentyabrın 7-də məlum olacaq. Olimpiadaya Bakı və İstanbuldan əlavə, Doha (Qətər), Madrid (İspaniya) və Tokio (Yaponiya) da iddialıdır.
Xəbər: lent.az
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu