İspanlar Bakıdakı şəraitdən razı qaldılar

İspanlar Bakıdakı şəraitdən razı qaldılar
XƏBƏR 25 Aprel 2009 / 11:48 2177
-  A +

İyunun 9-da Bakıda Azərbaycan və İspaniya milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Bununla əlaqədar, İspaniya Futbol Federasiyasının nümayəndələri - Milli Komandalar Departamentinin meneceri Silviya Dorşnerova Veys və İspaniya Futbol Federasiyasının səyahət üzrə meneceri Antonio Limones Peres ölkəmizdə səfərdədirlər. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, nümayəndə heyəti paytaxtımızda olduğu müddətdə oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionuna baxış keçirib və komandanın məskunlaşacağı otelin seçimi ilə məşğul olub.
Nümayəndə heyətinin hər iki üzvü Bakıda gördükləri şərait haqda fikirlərini bölüşüblər. Silviya Dorşnerova Veysin fikirləri belə oldu: «Azərbaycan çox xoşumuza gəldi. Gözəl ölkədir. Stadiona da baxdıq. Yaxşı arenadır. AFFA-nın rəhbərliyinə bu müddətdə bizə kömək etdiklərinə və göstərdikləri yardıma görə təşəkkürümüzü bildiririk».
İspaniya Futbol Federasiyasının səyahət üzrə meneceri Antonio Limones Peres: «Gözəl ölkəniz var. Düzdür, futbolunuz barədə geniş məlumatım yoxdur. Bu haqda baş məşqçidən soruşsanız, daha yaxşı olar. Stadion mənim xoşuma gəldi. O ki qaldı otelə, hələ seçimimizi müəyyənləşdirməmişik. Bu barədə məlumatı daha sonra AFFA-ya göndərəcəyik. Hesab edirəm ki, Azərbaycan millisi ilə oyun Konfederasiyalar Kuboku ərəfəsində İspaniya millisinə çox xeyir verəcək».
 

Daha çox


Son xəbərlər