Hava şəraiti Quzanlı stadionuna zərər vurmayıb

XƏBƏR 24 Aprel 2009 / 19:39 2173
-  A +

Son günlər havaların soyuq və yağışlı keçməsi Ağdam rayonun Quzanlı qəsəbəsindəki stadionun qazonuna mənfi təsir etməyib. “Qarabağ” - “İnter” matçının PFL-in təyin etdiyi vaxtda adiçəkilən arenada oynanılmasında heç bir problem yoxdur. Bu sözləri Qol.Az-a Quzanlı qəsəbə stadionunun  direktori Vaqif Balakişiyev deyib. О, üzərlərinə götürdükləri öhdəliyin deyilən vaxta kimi yerinə yetiriləcəyini bildirib: “Yağış stadionun ot örtüyünə heç bir zərər verməyib. Çünki burada drenaj sistemi quraşdırıldığından su avtomatik torpağın alt qatlarına süzülür və meydançada qalmır. Bir sözlə, hər şey qaydasındadır. Ayın sonuna kimi qazonu tam oyuna hazır vəziyyətə gətirəcəyimizə söz vermişik və bunu yerinə yetirəcəyik. Sizi əmin edirəm ki, “Qarabağ”-“İnter” matçının burada oynanılmasında heç bir problem yoxdur”.
Qeyd edək ki, aprelin 27-də PFL-in nümayəndələri qazonun durumu ilə tanış olmaq üçün bir daha Quzanlıya gedəcəklər.

Daha çox


Son xəbərlər