"Real"ın futbolçusu Premyer Liqaya qayıdır

"Real"ın futbolçusu Premyer Liqaya qayıdır
XƏBƏR 3 Aprel 2012 / 00:01 2589
-  A +

"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Lassana Diarranın mövsümün sonunda komandadan ayrılacağı iddia olunur.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, fransız futbolçu ilə İngiltərənin "Tottenhem" klubu yaxından maraqlanır.

London təmsilçisi Diarra üçün 8 milyon avro ödəməyə hazırdı. Joze Mourinyonun "Real"a gəlişindən sonra əsas heyətdən kənarda qalan 27 yaşlı futbolçu da Madridi tərk etmək niyyətindədir. Bu mövsüm cəmi 17 oyunda forma geyinən Diarranın "Real"la 2013-cü ilə qədər müqaviləsi var.

Qeyd edək ki, 2009-cu ildə 20 milyon avro müqabilində "Real"a transfer edilən Diarra daha öncə "Arsenal", "Çelsi" və "Portsmut" kimi klublarda çıxış edib.

Daha çox


Son xəbərlər