“İnter” və “Simurq”dan futbolçulara qadağa

XƏBƏR 2 Aprel 2012 / 14:02 1988
-  A +

Unibank Premyer Liqanın 26-cı turundakı uğursuzluqdan sonra Bakının “İnter” və Zaqatalanın “Simurq” klubunun rəhbərliyi futbolçularına mətbuatla ünsiyyətə qadağa qoyub.

Qol.Az-ın əməkdaşlarının bu gün hər iki klubun oyunçularıyla müsahibə almaq cəhdləri baş tutmayıb “Simurq”lu futbolçular qeyd ediblər ki, onlar müsahibə verərlərsə, min manat məbləğində cərimə olunacaqlar.

“İnter”li futbolçular da rəhbərlik tərəfindən onlara belə bir qadağa tədbiq olunduğunu söyləyiblər. Bu qərarın nə səbəbdən verildiyi isə məlum deyil.

Daha çox


Son xəbərlər