Cihan oynamadı, komandası uduzdu

XƏBƏR 1 Aprel 2012 / 10:32 1375
-  A +

Milli komandamızın üzvü Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” dünən Türkiyə Superliqası çərçivəsində növbəti matçını keçirib.

Qol.Az-ın məlumatına görə, öz meydanında “İstanbul BB”ni qəbul edən Sivas təmsilçisi məğlubiyyətə düçar olub- 0:1.

Baş məşqçi bu görüşdə Cihan Özkaraya oynamaq şansı verməyib.

Qeyd edək ki, “Sivasspor” 47 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər