"Çelsi"dən Halka 100 milyon avro təklif

"Çelsi"dən Halka 100 milyon avro təklif
XƏBƏR 29 Mart 2012 / 01:27 2025
-  A +

İngiltərənin "Çelsi" klubu "Porto"nun hücumçusu Halkı transfer etməkdə israrlıdır.

Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, London təmsilçisi braziliyalı futbolçu üçün fantastik təklif irəli sürüb.

"Çelsi" mövsümün əvvəlində də Halkı transfer etmək istəsə də, tərəflər maliyyə məsələsində razılığa gələ bilməmişdilər. Bu dəfə isə rəhbərlik 26 yaşlı futbolçunun transferi üçün 100 milyon avro təklif edəcəyini açıqlayıb. Bu məbləğ “Porto”nu da qane etdiyindən Halkın “Çelsi”yə keçidində heç bir problem qalmır.

Qeyd edək ki, Halk bu mövsüm keçirdiyi 20 oyunda 9 dəfə rəqib qapılarına yol tapıb.

Daha çox


Son xəbərlər