"Arsenal" Arşavin və daha 7 futbolçu ilə yollarını ayırır

"Arsenal" Arşavin və daha 7 futbolçu ilə yollarını ayırır
XƏBƏR 29 Mart 2012 / 00:01 2259
-  A +

Rusiya milli komandasının kapitanı Andrey Arşavin İngiltərə “Arsenal”ının yayda transferə çıxaracağı futbolçular siyahısına düşüb.

Qol.Az-ın “The Daily Mail”ə istinadən verdiyi məlumata görə, “topçular”ın baş məşqçisi Arsen Venger heyətdə daimi yeri olmayan və icarə əsasında çıxış edən yüksək ödənişli oyunçulardan qurtulmağı qərara alıb.

Siyahıda Arşavindən əlavə, Maruan Şamax, Sebastyan Skillaçi, Niklas Bendtner, Denilson və Karlos Vela da yer alıb. Həmçinin, mövsümün sonunda müqaviləsi başa çatacaq ispaniyalı qapıçı Manuel Almuniyanın da komandadan gedişi gözlənilir. Çünki son zamanlar əsas qapıçı polşalı Voytsex Şesnıdır. Onlardan azad edilmiş vəsaitlə digər futbolçularla, o cümlədən, Robin van Persi və Aleks Oksleyd-Çemberlenlə daha yaxşı şərtlərlə yeni müqavilə imzalanacaq.

Qeyd edək ki, Ardrey Arşavin hazırda Rusiya “Zenit”ində icarə əsasında oynayır. Onun “Arsenal”la hazırkı müqaviləsi 2012-2013-cü il mövsümünün sonunda başa çatmalıdır.


Son xəbərlər