Kamran Ağayev yubiley matçına çıxacaq

Kamran Ağayev yubiley matçına çıxacaq
XƏBƏR 28 Mart 2012 / 00:22 1854
-  A +

Azərbaycan kubokunun “İnter”lə 1/4 final mərhələsinin cavab oyunu “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev üçün əlamətdar olacaq.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın qapıçısı ağ-yaşıl formada yubiley – 150-ci matçına çıxacaq.

İndiyədək 149 dəfə “Xəzər Lənkəran” forması geyən Kamran 2-ci yüzlüyü yarılayan 4-cü futbolçu kimi tarixə düşəcək. Ona qədər Rahid Əmirquliyev (182), Alim Qurbanov (176) və Rəşad Abdullayev (155) bunu bacarmışdı.
 
Kamran 149 matçdan 125-ni Azərbaycan çempionatı, 25-ni kubok, 3-nü Birlik kuboku, 6-nı avrokuboklarda keçirib. Hesabında 149 oyun olan Ağayev 83 dəfə kapitan funksiyasını yerinə yetirib. 2 dəfə penalti seriyalarının da iştirakçısı olan qapıçı bu seriyalarda 9 rəqib zərbəsindən 6-nı buraxıb.
 
Ağayev “Xəzər Lənkəran”da 1 çempionluq (2006/07), 3 kubok (2006/07, 2007/08, 2010/11) və 1 Birlik kuboku (2008) qalibi olub.

Daha çox


Son xəbərlər