Ronaldo yeni rekorda doğru

Ronaldo yeni rekorda doğru
XƏBƏR 26 Mart 2012 / 14:38 2647
-  A +

"Real" (Madrid) klubunun ulduz futbolçusu Kriştiano Ronaldo yeni rekorda doğru gedir.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçu La Liqa tarixində bir mövsümdə bütün komandalara qol vuran oyunçu adına sahib çıxa bilər.

Lakin bunun üçün Ronaldo La Liqanın növbəti turlarındakı "Barselona" və "Malyorka" ilə görüşlərdə də rəqib qapısına da yol tapmalıdır. Daha öncə "Real"ın sabiq braziliyalı futbolçusu Ronaldo La Liqada 19 komandaya qol vurmuşdu. Ancaq o zamanlar La Liqada 22 komanda mübarizə aparırdı.

Qeyd edək ki, Ronaldo Super kubok və Kral kuboku çərçivəsində "Barselona"ya qarşı oyunda fərqlənsə də, bu mövsüm La Liqada Kataloniya təmsilçisinə qol vura bilməyib.   

 

 

Daha çox


Son xəbərlər