İbrahima Niasse: "Nəticə oyuna görə oldu"

İbrahima Niasse: "Nəticə oyuna görə oldu"
XƏBƏR 9 Mart 2012 / 00:01 1453
-  A +

“İnter”in yarımmüdafiəçisi İbrahima Niasse Unibank Premyer Liqasının sonuncu turunda qarşılaşdıqları “Rəvan”la oyun barədə danışıb. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına müsahibə verən seneqallı futbolçu digər sualları da cavablandırıb:

- “Rəvan” ilk “altılığa” düşmək şansını itirməsinə baxmayaraq, matç kifayət qədər çətin alındı...

- “Bakı”dan aldığımız məğlubiyyətdən sonra bizə bu oyunda qələbə qazanmaq çox vacib idi. Rəqib də həmçinin ciddi köklənmişdi. Düşünürəm ki, pis oynamadıq, xüsusilə də birinci hissədə yaxşı oynadıq. Ümumilikdə, hesab edirəm ki, nəticə oyuna görə oldu. Biz bu qələbəyə və 3 xala layiq idik.
 
- Sən qələbə topunun müəllifi oldun. Bundan əlavə bu, sənin “İnter”in heyətində ilk qolun idi...
 
- Bilirsiniz, kimin qol vurması vacib deyil, əsas odur ki, komanda qələbə qazandı. Bəli, bu mənim ilk qolum idi və gələcəkdə də komandaya xeyir vermək istərdim.
 
- "Rəvan"la oyun çempionatın təsnifat mərhələsinin son görüşü oldu. İndi komandanı ilk “altılıq”da gərgin mübarizə gözləyir. Qarşıdakı matçlar barədə nə düşünürsən?
 
- Deyim ki, “altılıq”da yaxşı komandalar toplaşıb və hər biri yüksək yerlər uğrunda mübarizə aparmaq iqtidarındadır. Artıq çətin oyunlar keçirmişik, lakin bizi qarşıda daha çətin oyunlar gözləyir. Bir sözlə, bizə çox çətin olacaq.


Son xəbərlər