Qvardiola: "Pele inciməsin, Messi..."

Qvardiola: "Pele inciməsin, Messi..."
XƏBƏR 8 Mart 2012 / 17:51 2924
-  A +

"Barselona" klubunun baş məşqçisi Pep Qvardiola komandasının ulduz futbolçusu Lionel Messi haqda danışıb.

Qol.Az-ın məlumatına görə, Qvardiola İspaniya mətbuatına müsahibəsində Messini futbol əfsanələri ilə müqayisə edib:

"Hər zaman Messini çalışdıran məşqçi olduğumu söyləyəcəyəm. Çünki Messi ən yaxşısıdır və ondan başqası yoxdur. Harada, necə, hansı şərtlər altında olması önəmli deyil. Əsas odur ki, komandanı arxasınca aparan yeganə insandır.

Messi Alfredo Di Stefano, Maradona və Pele inciməsin ondan sonra ən yaxşı futbolçudur. Messi "Barselona"nın heyətində 228-ci qoluna imza atdı. "Barselona" klubunun tarixində ən çox qol vuran Sezarın rekordunu təkrarlamağa isə cəmi 7 top qalıb".

Qeyd edək ki, Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin cavab qarşılaşması çərçivəsində "Bayer" (Leverkuzen) klubu ilə görüşdə 5 qola imza atan Messi turnirin bir oyununda ən çox top vuran ilk futbolçu olub.


Son xəbərlər