Unibank Premyer Liqasında təsnifat mərhələsinə yekun vuruldu

Unibank Premyer Liqasında təsnifat mərhələsinə yekun vuruldu
PREMYER LİQA 7 Mart 2012 / 17:49 16669
-  A +

Bu gün Unibank Premyer Liqasının XIX turdan təxirə salınmış oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, baş tutacaq 6 oyunla çempionatın təsnifat mərhələsinə yekun vurulub. 

Paytaxtın AZAL klubu doğma azarkeşləri önündə Sumqayıtın eyniadlı komandasını qəbul edib. Son turda səfərdə "Qarabağ"a 0:1 hesabı ilə uduzan "təyyarəçilər" bu görüşdə qələbə qazanmağa çalışacaqdı. Lakin Rafiq Mirzəyevin komandası rəqibini darmadağın edib - 6:3.

"Xəzər Lənkəran" klubu isə bu tur Tovuza səfər edib. Burada yerli "Turan" klubunun qonağı olacaq Lənkəran təmsilçisini yalnız 3 xal razı sala bilərdi ki, Cüneyt Biçərin komandası da bunun öhdəsindən gəlib. Branimir Subaşiçin matçın 2-ci dəqiqəsində vurduğu qol "Xəzər Lənkəran"a minimal hesablı qələbə qazandırıb - 1:0.    

Digər görüş Gəncədə baş tutub. Burada yerli "Kəpəz" klubu doğma azarkeşləri önündə "Qəbələ"ni qəbul edib. Artıq ilk "altılığ"a vəsiqəni təmin edən "Qəbələ" klubu ən yaxın izləyicilərinə çatmaq arzusunda idi. Lakin görüş "Kəpəz"in qələbəsi ilə başa çatıb. Junivan Suaresin matçın son dəqiqəsində vurduğu qol meydan sahiblərinə əzmkar qələbə qazandırıb - 3:2.

Çempionatın II dövrəsinə yaxşı başlayan "Qarabağ" klubu isə bu tur evdə "Simurq"la qarşılaşıb. Getdikcə ən yaxın izləyiciləri ilə xal fərqini azaldan Ağdam təsmilçisi bu görüşün də əsas favoriti hesab olunurdu. Baş məşqçisi Sergey Yuranla yollarını ayıran Zaqatala təmsilçisi isə təhlükəli zonadan uzaqlaşmaq üçün bu görüşdə qələbə qazanmağa çalışacaqdı. Lakin rəqibinə heç bir şans verməyən Qurban Qurbanovun komandası inamlı qələbəyə sevinib - 2:0.

Turun mərkəzi görüşü isə paytaxtda baş tutub. Burada "Bakı" və "Neftçi" klubları üz-üzə gəliblər. Son turda "İnter"in məğlubiyyətsizlik seriyasına son qoymaqla diqqət çəkən "Bakı" "Neftçi"yə qalib gəlmək niyyətində idi. Lakin çempionatın lideri "Neftçi" buna imkan verməyib. Rəqibini 3 dəfə məyus edən "ağ-qaralar" görüşdən qalib ayrılmaqla liderliyini bir qədər də möhkəmləndirib.

Günün son qarşılaşması isə "Şəfa" stadionunda keçirilib. Burada yerli "İnter" klubu paytaxtın "Rəvan" komandasını qəbul edib. Son turda səfərdə "Bakı"ya məğlub olan "bankirlər" bu görüşün əsas favoriti hesab olunurlar. Kaxaber Sxadadzenin komandası bu oyunda qalib gəlməklə ən azı ikinci pillədəki mövqeyini qoruyacaq. İlk "altılıq"dan kənarda qalan "Rəvan" üçün bu görüş daha çox formal xarakter daşıyır.

 


7 mart (çərşənbə)

Unibank Premyer Liqasında XIX turun oyunları

16:00. "İnter" - "Rəvan" - 1:0
Qol:
İbrahima Niasse, 44 (1:0)
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, İlham Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. "Şəfa" stadionu. 

15:00. "Bakı" - "Neftçi" 1:3
Qollar: Ruslan Abışov, 7 (0:1), Rəşad Abdullayev, 35 (0:2), Ruslan Əmircanov, 40 (0:3), Nurlan Novruzov, 87 (1:3)
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Vaqif Musayev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. 

“Bakı”: Marko Şarliya, Duje Bokovç, Denis İvanovs, İbrahim Karqbo, Davidas Çesnauskis, Xavier Junior, Cəmşid Məhərrəmov, Novruz Məmmədov, Uinston Parks, Koke, Rəhman Hacıyev

“Neftçi”: Rauf Mehdiyev, Rail Məlikov, İqor Mitreski, Slavço Georgiyevski, Flavinyo, Bahadır Nəsimov, Ruslan Abışov, Ruslan Əmircanov, Cavid İmaverdiyev, Rəşad Abdullayev, Elvin Yunuszadə


14:30. "Qarabağ" - "Simurq" - 2:0
Qollar:
Rəşad Sadıqov, 23 (1:0), Vüqar Nadirov, 51 (2:0)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Fuad Həsənov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
Ağdam. Quzanlı qəsəbə stadionu.

“Qarabağ”: Boyan Pavloviç, İlqar Qurbanov, Namiq Yusifov, Bəxtiyar Soltanov, Rəşad Sadıqov, Vüqar Nadirov, Admir Teli, Ansi Aqolli, Georgi Adamiya, Muarrem Muarrem, Rauf Əliyev

“Simurq”: Dmitri Kramarenko, Rasim Ramaldanov, Ruslan Poladov, Emin Cəfərquliyev, Rüstəm Abbasov, Vasili Yanatovski, İqor Tarasov, Daniel Genov, Qərib İbrahimov, Andrey Rubins, Anatoli Doroş


14:00. AZAL - "Sumqayıt" - 6:3
Qollar:
Tales Şütz, 31 (1:0), Zohair Benouahi, 34 (2:0), Zohair Benouahi, 53 (3:0), Orxan Əliyev, 54 (3:1), Bronislav Arsenjeviç, 55 (4:1), Tales Şütz, 70 (5:1), Tərlan Xəlilov, 72 (6:1) Uğur Pamuk, 75 (6:2), Emin Mustafayev, 76 (6:3, pen.)
Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, Yaşar Abbasov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Rüfət Hüseynov.
Bakı. AZAL Arena stadionu.


14:00. "Kəpəz" - "Qəbələ" - 3:2
Qollar:
Lyubo Baranin, 36 (0:1), Sabir Allahquliyev, 71 (1:1), Yuri Fomenko, 77 (2:1), Yannik Kamanan, 90 (2:2), Junivan Suares, 90+1 (3:2) 
Qırmızı vərəqə: Deon Barton, (2-ci sarı)
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Əmir Zamanov.
Gəncə. Şəhər stadionu. 

"Qəbələ": Qren Smit, Lyubo Baranin, Bruno da Dilva, Deon Barton, Yannik Kamanan, Aleksandr Çertoqanov, Stiv Olfers, Pərvin Cahangirov, Daniel Lopez Kruz, Urfan Abbasov , Dodo,

"Kəpəz": Tural Abbaszadə, Əli İsmayılov, Şahin Kərimov, Azər Məmmədov, İon Arabadji, Pərvin Paşayev, Nail Məmmədov, Armando Feutchine, Sabir Allahquliyev, Nikolay Svejentsev, Yuli Fomenko 


14:00. "Turan" - "Xəzər Lənkəran" - 0:1
Qol:
Ayxan Abbasov, 2-avtoqol (0:1)
Hakimlər: Anar Salmanov, Ramiz Əsədov, Elşən Acalov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Kərim Ağayev.
Tovuz. Şəhər stadionu.

"Xəzər Lənkəran": Kamal Bayramov, Şəhriyar Rəhimov, Elvin Beqiri, Stevan Bates, Rodomir Todorov, Rikardo, Rahid Əmirquliyev (k), Alviz, Sadio, Randal Brenes, Branimir Subaşic.
 





Turnir cədvəli

Komanda O Q H M Qollar Xallar
1 Neftçi 22 16 1 5 45-17 49
2 İnter 22 13 6 3 21-10 45
3 Xəzər Lənkəran 22 13 5 4 33-19 44
4 Qarabağ 22 12 5 5 27-14 41
5 Bakı 22 10 5 7 27-22 35
6 Qəbələ 22 10 5 7 27-23 35
7 AZAL 22 8 5 9 35-36 29
8 Rəvan 22 6 7 9 23-29 25
9 Kəpəz 22 6 4 12 26-38 22
10 Simurq 22 5 4 13 18-34 19
11 Sumqayıt 22 4 3 15 16-37 15
12 Turan 22 3 2 17 13-33 11



Bombardirlər

1. Bahodir Nasimov - "Neftçi" - 13 qol
2. Tales Şütz - AZAL - 10 qol
3. Flavio Aleks Valensio - "Neftçi" - 9 qol
4. Zohair Benouahi - AZAL - 9 qol 
5. Robertas Poşkus - "Simurq" - 8 qol
6. Əfran İsmayılov - "Qarabağ" - 6 qol
7. Uinston Parks - "Bakı" - 6 qol
8. Luiz Paulo Hilario - "Qəbələ" - 6 qol 

 


Son xəbərlər