"Beşiktaş"da Almeyda şoku

"Beşiktaş"da Almeyda şoku
XƏBƏR 6 Mart 2012 / 15:40 2361
-  A +

Avroliqanın 1/8 final mərhələsi çərçivəsində səfərdə "Atletiko" (Madrid) klubunun qonağı olacaq "Beşiktaş" ciddi itki ilə üzləşib.

Qol.Az-ın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, komandanın portuqaliyalı hücumçusu Hüqo Almeyda zədələnərək sıradan çıxıb.

Türkiyə Superliqasının sonuncu turu çərçivəsində "Trabzonpsor"la oyunda (1:2) sağ ayağından zədələnən futbolçunun "Atletiko"ya qarşı forma geyinməyəcəyi dəqiqləşib. "Atletiko" ilə oyunun 18-liyindən kənarda qalan Almeyda sabah Madridə aparılmayacaq.

Qeyd edək ki, Almeyda ilə yanaşı, Hilbert, Ersan və Tanju da Madriddəki oyunda "Beşiktaş"a kömək edə bilməyəcəklər. 

Daha çox


Son xəbərlər