Daha bir ulduz karyerasını başa vurdu

Daha bir ulduz karyerasını başa vurdu
XƏBƏR 21 Fevral 2012 / 00:44 2283
-  A +

Çexiya futbolunun aparıcı futbolçularından olan Marek Yankulovski karyerasını başa vurub.

Qol.Az-ın məlumatına görə, 34 yaşlı oyunçu sol dizindən aldığı zədə səbəbindən futbolla erkən vidalaşmalı olub.

İtaliyada 11 il oynadıqdan sonra yenidən sabiq komandası "Banik Ostrava" klubuna qayıdan futbolçu karyerasının son günlərini ölkəsində keçirib.

Lakin daha öncə sol dizindən zədələnən Yanklovski yenidən eyni nahiyyədən zədə alınca futbolu buraxmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, Yanklovski İtaliyanın "Milan", "Napoli" və "Udineze" klublarında çıxış edib.

Daha çox


Son xəbərlər