Əmrə Bəlözoğlu "Fənərbaxça"dan ayrılır

Əmrə Bəlözoğlu "Fənərbaxça"dan ayrılır
XƏBƏR 20 Fevral 2012 / 13:56 2275
-  A +

"Fənərbaxça" klubunun futbolçusu Əmrə Bəlözoğlu karyerasını Çində davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, Çinin "Şanxay Şenhua" klubu 31 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.

Daha öncə "Çelsi"dən sabiq "Fənərbaxça"lı Nikolya Anelkanı heyətinə qatan Çin təmsilçisi bu dəfə Əmrəyə "göz" qoyub.
 
"Şanxay Şenhua" rəhbərliyi Türkiyə millisinin üzvü üçün İstanbul təmsilçisinə 3,3 milyon avro təklif edib. Təklifi müsbət qarşılayan Əmrənin mövsümün sonunda "Fənərbaxça"dan ayrılaraq Çin klubu ilə müqavilə imzalayacağı bildirilir.

Qeyd edək ki, Əmrə ilə "Şanxay Şenhua" klubu ilə yanaşı, Avropanın "Atletiko" (Madrid), "Aston Villa" və "Benfika" komandaları da yaxından maraqlanır.

Daha çox


Son xəbərlər