"İnter"in baş məşqçisi: "İstefa verməyəcəyəm"

"İnter"in baş məşqçisi: "İstefa verməyəcəyəm"
XƏBƏR 18 Fevral 2012 / 15:24 2017
-  A +

"İnter" klubunun baş məşqçisi Kladio Ranyeri "Boloniya" ilə görüşdən (0:3) sonra maraqlı açıqlamaları diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, komandasının uğursuz çıxışlarına baxmayaraq, istefa vermək niyyətində olmadığını bildirib:

"Bu hesabla məğlub olacağımızı gözləmirdim. Komandada problemlərin olduğu göz qabağındadır. Meydanda var-gücümüzlə oynamırıq. Bununla belə, istefa verməyəcəyəm. Komandadakı çatışmazlıqları aradan qaldırmağa çalışırıq. Klubun prezidentindən və azarkeşlərdən üzr istəyirəm.

Qeyd edək ki, "İnter" klubu 24 turdan sonra 36 xalla turnir cədvəlinin 6-cı pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər