"Baku Fires" Meksikada qələbə qazandı

"Baku Fires" Meksikada qələbə qazandı
XƏBƏR 18 Fevral 2012 / 13:05 1691
-  A +

Bu gün səhər tezdən Mexikonun “Foro Polanso” sarayında "Mexico City Guerreros" və "Baku Fires" komandaları arasında Ümumdünya Boks Seriyasının (WSB) sonuncu 10-cu turunun matçı baş tutub.

Qol.Az-ın məlumatına görə, komandamız onuncu qələbəsini qazandı və Meksikada qalib gələn ilk komanda olub. Matçın yekun nəticəsi - 3:2.

Rinqə ilk olaraq yüngülçəkililər - meksikalı Aaron Alameda Lopes və "Baku Fires"in yeni boksçusu Məhəmməd Qurbanov çıxıb. Rusiyalının debütü uğurlu alınıb. O Meksika çempionu üzərində 49:46, 49:46, 47:48 hesabı ilə üstünlük əldə edib.

"Baku Fires"in 61 kq-dək çəki dərəcəsində çıxış edən boksçusu Mədadi Naqzibəyov qələbə qazanacağı təqdirdə fərdi finalda çıxış etmək hüququ əldə edəcəkdi, lakin təəssüf ki, Xurşid Tocibayevə məğlub olub. Hər üç hakim 50:45 hesablı qələbəni 22 yaşlı özbək boksçuya verib.

Heybulla Mürsəlov üçün də Meksikadakı döyüşün xüsusi əhəmiyyəti var idi. Bolqar Mladen Manevlə qarşılaşmada əldə olunan uğur onu finala çıxardı. Avropa çempionatının mükafatçısı Mürsəlova güclü müqavimət göstərsə də məğlub olub - 45:49, 47:47, 46:48. Heybulla finala çıxdı, burada onun rəqibi İtaliyanın Dolce & Gabbana Milano Thunder komandasından ukraynalı Serqey Derevyançenko olacaq.

Məhəmməd Qurbanovdan fərqli olaraq Rəcəb Əliyev (85 kq) uğursuz debüt edib. Xorvat Boyan Miskoviç Azərbaycan komandasının 19 yaşlı yeni boksçusundan güclü olub - 50:45, 49:46, 49:46.

Lakin superağır çəkili Fərid Şabanov əla start götürüb. Onun rəqibi Omar Qarsiya ikicə raund tab gətirə bilib. Meksikalı 3 raunda çıxa bilmədi və Azərbaycan çempionanıtının gümüş mükafatçısı texniki nokautla qələbə qazandı.

Daha çox


Son xəbərlər