“Bakı”dan Starkova ultimatum

“Bakı”dan Starkova ultimatum
PREMYER LİQA 17 Fevral 2012 / 14:35 3730
-  A +

"Bakı" klubu baş məşqçisi Aleksandr Starkova xəbərdarlıq edib.

“Aleksandr Starkov özü yaxşı bilir ki, “Bakı”nın qarşısına qoyulan vəzifələr var. Əgər komanda ilk “altılığ”a düşə bilməsə, ona komandadan getmək üçün hansısa xəbərdarlıq etməyə lüzum olmayacaq” - deyə Qol.Az saytına açıqlamasında “Bakı”nın Marketinq və Mətbuat Departamentinin rəhbəri Nəriman Mehdiyev deyib.

N.Mehdiyev baş məşqçi Aleksandr Starkovun qarşısına qoyulan məqsədlərə aydınlıq gətirərək, bunları deyib: “Bakı” çempionluq, kubok, və medallar uğrunda mübarizə aparan komandadır. Starkov özü də başa düşür ki, limiti get-gedə tükənir. “Qəbələ”və “Rəvan” qalib gələrək “Bakı”ya bir qədər də, yaxınlaşdı. Qarşıda bizim “Neftçi” və “İnter”lə çətin oyunlarımız var. Starkov həmin qarşılaşmalardan maksimum nəticə götürməlidir ki, komandanı ilk “altılğ”da qalsın, o özü isə postunda qalsın” – deyə o bildirib.


Son xəbərlər