Elvin Məmmədov millinin oyunçusu qismində

Elvin Məmmədov millinin oyunçusu qismində
XƏBƏR 26 Dekabr 2011 / 16:06 1793
-  A +

Bu gün Azərbaycan milli komandasının, 17 yaşadək qızlardan ibarət yığmamızın üzvləri, AFFA-nın və FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin nümayəndələri Suraxanı rayonundakı 2 saylı Uşaq Evində olub, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə burada tərbiyə alan uşaqları təbrik edib, onlara hədiyyələr veriblər. Tədbirdə FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin maskotu da iştirak edib.

Qol.Az-ın məlumatına görə, tədbirdə futbolçulardan Vüqar Nadirov və Elvin Məmmədov da iştirak edib.

Qedy edək ki, Vüqardan fərqli olaraq, Elvin Məmmədov uzun müddətdir Azərbaycan milli komandasına dəvət almır. Bununla belə, AFFA tədbirdə məhz millinin oyunçularının iştirak etdiyi barədə xəbər yayıb.

Son xəbərlər