Uzun müddət zədə üzündən yaşıl meydanlardan kənarda qalan “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov komandasının ötən bazar günü səfərdə “Xəzər Lənkəran”a qarşı keçirilmiş oyununda iştirak edib.
“Meydana çıxacağım bir az gözlənilməz oldu. Birdən Qurban müəllim hazırlaşmağımı tapşırdı. Cəmi beş həftə olar ki, oyunları buraxmışam. Bu, o qədər də, böyük zaman deyil. Əlim yaxşı vəziyyətdə olsa, məşqçi şans verərsə, qarşıdakı oyunlarda da çıxış edəcəyəm” – deyə R.Sadıqov Qol.Az-ın müxbiri ilə söhbətində bildirib.
O, Lənkərandakı oyun çox maraqlı keçdiyini söyləyib: “Rəqib komanda həm fiziki həm də, psixoloji cəhətdən xoş təsir bağışladı”.
“Oyunun boş tribunalar önündə keçirilməsi çıxışınıza nə kimi təsir etdi” sualına müdafiəçi belə cavab verib: “Onsuz da biz Azərbaycan çempionatında boş tribunalar önündə oynamağa öyrəşmişik. Sadəcə olaraq, Lənkəranda belə ab-hava görməmişdik. Bu, bizə bir az qəribə gəldi” – deyə o vurğulayıb.
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı