İtaliyada "Qızıl unitaz"ın sahibi müəyyənləşdi

İtaliyada "Qızıl unitaz"ın sahibi müəyyənləşdi
XƏBƏR 12 Dekabr 2011 / 13:46 7141
-  A +

İtaliya A Seriyasında ilin ən uğursuz futbolçusu üçün verilən "Qızıl unitaz"ın sahibi müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, bu mükafata "İnter"in hücumçusu Dieqo Milito layiq görülüb.

2009-2010-cu illərdə "İnter"in A Seriyası və Çempionlar Liqasını qazanmasında böyük pay sahibi olan Milito cari mövsümü əşağı səviyyədə keçirib. Məhz bu səbəbdən də "Qızıl unitaz" mükafatı argentinalı futbolçuya qismət olub.

Qeyd edək ki, əvvəlki illərdə “Qızıl unitaz” Rivaldo (2003), Nikola Leqrotalye (2004), Kristian Vyeri (2005), Adriano (2006, 2007, 2010), Rikardu Quarejma (2008) və Felipe Melo (2009) kimi ulduzlara verilmişdi.


Son xəbərlər