Türkiyə Xorvatiyanı belə devirmişdi (VİDEO)

VİDEO 11 Noyabr 2011 / 16:22 2786
-  A +

Türkiyə milli komandası bu axşam Xorvatiya ilə ilk "play-off" matçına çıxacaq. Qol.Az-ın məlumatına görə, 2008-ci ilin Avropa çempionatında Türkiyəyə sürpriz şəkildə məğlub olan Xorvatiya millisinin bu görüşə qisas hissi ilə çıxacağı heç kəsdə şübhə doğurmur. 2008-c ildə Avstriya və İsveçrədə keçirilən Avropa çempionatının 1/4 finalında üz-üzə gələn bu komandaların dueli olduqca dramatik alınmışdı. Matçın 121-ci dəqiqəsində hesabı açan xorvatların sevinci cəmi bir dəqiqə sürmüşdü. Semih Şəntürkün son saniyələrdə vurduğu qol oyunu penaltilər seriyasına daşımışdı. Penalti seriyalarında daha dəqiq oynayan Türkiyə millisi yarımfinala vəsiqə qazanmışdı. Həmin dramatik oyunu yenidən xatırlayaq:


video

Son xəbərlər